Niyazi Bayramov İsrailin Azərbaycandakı Səfiri İlə Görüşüb
Gəncə Şəhər İcra Hakimiyyətində Görüş Keçirilib
Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov İsrail Dövlətinin Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Ronen Krauz ilə görüşüb. Görüş zamanı iki ölkə arasındakı əlaqələr və Gəncə şəhərinin potensialı müzakirə olunub.
Niyazi Bayramov qonağı salamlayaraq, ona Azərbaycandakı diplomatik fəaliyyətində uğurlar arzulayıb. Daha sonra qədim tarixə malik Gəncə şəhəri haqqında ətraflı məlumat verilib. Bildirilib ki, Gəncə Azərbaycanın ikinci böyük şəhəri olmaqla yanaşı, mühüm sənaye, təhsil və mədəniyyət mərkəzlərindən biridir. Şəhərdə Beynəlxalq Hava Limanı fəaliyyət göstərir, “Gəncə Avtomobil Zavodu” İstehsalat Birliyi, “Azəralüminium” MMC, “Gəncə Şərab-2” və digər iri sənaye müəssisələri yerləşir. Həmçinin Gəncədə üç universitet, üç kollec və bir sıra mühüm mədəniyyət müəssisələrinin olduğu bildirilib.
Şəhərin Beynəlxalq Uğurları və İdman Layihələri
Görüşdə şəhərin beynəlxalq səviyyədə qazandığı uğurlardan da söz açılıb. Bildirilib ki, Gəncə müxtəlif illərdə Avropanın Gənclər Paytaxtı, MDB ölkələrinin Mədəniyyət Paytaxtı və Avropanın İdman Şəhəri seçilib. 2025-ci ildə isə Gəncə III MDB Oyunları çərçivəsində bir sıra idman yarışlarına ev sahibliyi edib. Şəhərdə müasir standartlara cavab verən İdman Sarayı və Gəncə Şəhər Stadionu da inşa olunub.
Niyazi Bayramov Azərbaycanın müxtəlif xalqların və dini icmaların sülh və qarşılıqlı hörmət şəraitində birgə yaşadığı tolerant və multikultural ölkə olduğunu da vurğulayıb.
Səfirin Qiymətləndirməsi və Əməkdaşlıq Perspiktivləri
Səmimi qəbula görə təşəkkürünü bildirən İsrailin Azərbaycandakı səfiri Ronen Krauz Gəncənin potensialını yüksək qiymətləndirərək, qarşılıqlı əlaqələrin konkret layihələr vasitəsilə daha da genişləndirilməsinin vacibliyini qeyd edib.
Görüşdə Gəncədə fəaliyyət göstərən ali təhsil müəssisələri ilə İsrail universitetləri arasında əlaqələrin inkişaf etdirilməsi, tələbə və mütəxəssis mübadiləsinin təşkili imkanları müzakirə olunub.
Ganja Şura
- 20-08-202610:22 Niyazi Bayramov Şəhid Ailələri İlə Görüşüb
- 19-08-202618:26 Niyazi Bayramov Növbəti Dəfə Vətəndaşlarla Səyyar Qəbul Keçirib
- 17-08-202616:07 Gəncədə 'coca-cola İlə Xəzər Yay' Festivalı Keçirilib
- 13-08-202616:48 Gəncədə Bərk Məişət Tullantılarının İdarə Edilməsinin Təkmilləşdirilməsinə Dair Görüş Keçirilib
- 13-08-202609:28 Niyazi Bayramov Növbəti Dəfə Sakinlərlə Görüşüb
- 06-08-202611:53 Niyazi Bayramov İsrailin Azərbaycandakı Səfiri İlə Görüşüb
- 06-08-202602:23 Niyazi Bayramov Növbəti Dəfə Vətəndaşlarla Görüşüb
- 06-08-202601:08 Niyazi Bayramov Mktib-nə Gətirilən Yeni Texnikalara Baxış Keçirib
- 31-07-202614:44 Gəncədə Dövlət Qulluqçuları Üçün Təlimlər Keçirilib
- 31-07-202612:17 Gəncə Şəhəri İlə Qırğızıstanın Oş Şəhəri Arasında Qardaşlaşma Haqqında Memorandum İmzalanıb
Diğer Belediye Haberleri
- 20-08-202623:07 52. Uluslararası Arhavi Kültür Ve Sanat Festivali Coşkuyla Başladı
- 20-08-202623:05 Arhavi'de Kültürlerin Buluştuğu Renkli Gece…
- 20-08-202622:30 8 Ayda 8 Şube: Tek Market Ağı Candan Başkan İle Büyüyor
- 20-08-202622:16 Başkan Vekili Biba'dan Dünya Şampiyonu Güreşçiye Tebrik
- 20-08-202619:56 Sakarya'da Şölene Dönüşen Rumeli-balkan Rüzgârı: Coşku Millet Bahçesi'ne Sığmadı
- 20-08-202618:43 Ramazan Bayramı Bayramlaşma Programı Belediye Bina
- 20-08-202618:41 Altıparmak-çarşamba'da Kentsel Dönüşüm Hızlanıyor
- 20-08-202618:41 19 Mayıs Atatürk'ü Anma, Gençlik Ve Spor Bayramı K
- 20-08-202618:35 Mahmutlar Atatürk Caddesi'nde Sıcak Asfalt Çalışmaları Hızla İlerliyor
- 20-08-202618:35 Hanımlar Lokali, Taziye Evi Ve Gündüz Bakımevi'nin Temeli Atıldı

