Test

Gəncədə Milli Musiqi Günü Qeyd Olundu

Gəncə Şəhər İcra Hakimiyyətinin dəstəyi və Gəncə-Daşkəsən Regional Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə 18 sentyabr – Milli Musiqi Gününə həsr olunan “Milli Ruhun Səsi” adlı konsert proqramı təşkil olunub. Tədbir şəhərdə yerləşən “Xan Bağı” İstirahət Parkındakı “Yaşıl Teatr”da baş tutub.

Keçirilən konsertdə Gəncə Şəhər İcra Hakimiyyətinin nümayəndələri, şəhərdə fəaliyyət göstərən idarə, müəssisə və təşkilatların rəhbərləri, müharibə veteranları, gənclər və yerli sakinlər iştirak ediblər.

Üzeyir Hacıbəylinin Xatirəsi Anıldı

Tədbirin əvvəlində 18 sentyabr – Milli Musiqi Günü haqqında iştirakçılara ətraflı məlumat verilib. Bildirilib ki, 18 sentyabr 1885-ci ildə Azərbaycan professional musiqi sənətinin banisi, dahi bəstəkar, alim və ictimai xadim Üzeyir Hacıbəyli dünyaya gəlib. Həmin tarix ölkədə Milli Musiqi Günü kimi qeyd olunur.

Qeyd edilib ki, Milli Musiqi Günü Azərbaycan xalqının zəngin musiqi mədəniyyətinin, milli-mədəni irsinin və peşəkar bəstəkarlıq məktəbinin təbliği baxımından böyük əhəmiyyət daşıyır. “Milli Ruhun Səsi” konsert proqramı da Azərbaycan musiqisinin nəsildən-nəslə ötürülən zəngin ənənələrinin gənclər tərəfindən yaşadılmasına xidmət edir.

Konsert Proqramı və Nömrələr

Tədbirin davamında gənc və yeniyetmələrin ifasında müxtəlif mahnılar, rəqs nömrələri, şeirlər və səhnəciklər nümayiş etdirilib. Proqramda Üzeyir Hacıbəylinin yaradıcılığına xüsusi yer ayrılıb.

Səhnədə bəstəkarın “Koroğlu” operasından rəqs, “Arşın mal alan” əsəri əsasında rəqs nömrəsi, həmçinin Azərbaycan xalq musiqisinin müxtəlif nümunələri səsləndirilib.

Bayram konserti “Yaşa, Azərbaycan!” mahnısının ifası və “Bayraq rəqsi”nin müşayiəti ilə yekunlaşıb. Sonda iştirakçılara Gəncə-Daşkəsən Regional Gənclər və İdman İdarəsi tərəfindən “Təşəkkürnamə”lər təqdim olunub.

Sosyal medya hesaplarımızı takip edin

Yorum Yap