Niyazi Bayramov Müxtəlif İdman Növləri Üzrə Yüksək Nəticələr Göstərən İdmançılarla Görüşüb
Gəncədə Uğurlu İdmançılarla Görüş Keçirilib
Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov Avropa və Dünya çempionatlarında müxtəlif idman növləri üzrə yüksək nailiyyətlər əldə edən bir qrup idmançı ilə görüş keçirib. Gəncə Şəhər İcra Hakimiyyətinin inzibati binasında baş tutan tədbirdə Aparatın məsul əməkdaşları, Gəncə-Daşkəsən Regional Gənclər və İdman İdarəsinin rəisi Elşən Hüseynov, Əməkdar bədən tərbiyəsi və idman xadimi, “Şöhrət” ordenli Elçin Zeynalov, “Təhsil” RİM Gəncə şəhər 1 nömrəli Uşaq-Gənclər İdman-Şahmat Məktəbinin direktoru, Olimpiya çempionu, “Şöhrət” ordenli Ramil Qasımov, “Təhsil” RİM Gəncə şəhər 2 nömrəli Uşaq-Gənclər İdman-Şahmat Məktəbinin direktoru, Əməkdar bədən tərbiyəsi və idman xadimi Asif Həsənov, Gəncə İdman Liseyinin direktoru, Əməkdar məşqçi Mehman Allahverdiyev, eləcə də idmançılar və məşqçilər iştirak ediblər.
Azərbaycan İdmanının İnkişafı
Niyazi Bayramov tədbir iştirakçılarını salamlayaraq bildirib ki, Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın rəhbərliyi ilə həyata keçirilən dövlət siyasəti nəticəsində Azərbaycan idmanı sürətlə inkişaf edir və beynəlxalq arenada böyük uğurlar qazanır. Ölkənin bütün bölgələrində olduğu kimi, Gəncə şəhərində də idmanın inkişafına xüsusi diqqət və qayğı göstərilir. Şəhər rəhbəri qeyd edib ki, Prezident İlham Əliyevin göstərişi ilə Gəncədə yeni İdman Sarayı, həmçinin Gəncə Şəhər Stadionu inşa olunub, digər idman obyektlərində isə mütəmadi olaraq təmir və yenidənqurma işləri aparılır. Yaradılan müasir infrastruktur və əlverişli şərait idmançıların həm ölkədaxili, həm də beynəlxalq yarışlarda yüksək nəticələr əldə etməsinə mühüm töhfə verir.
İdmançılara Təbriklər və Təltiflər
Daha sonra Niyazi Bayramov dünyanın müxtəlif ölkələrində keçirilən Avropa və Dünya çempionatlarında yüksək nəticələr göstərən idmançıları əldə etdikləri uğurlar münasibətilə təbrik edib, onlara gələcək fəaliyyətlərində yeni nailiyyətlər arzulayıb. Görüşdə çıxış edən idmançılar onlara göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya dərin təşəkkürlərini ifadə ediblər. Tədbirin sonunda bir qrup idmançı Niyazi Bayramov tərəfindən “Təşəkkürnamə” ilə təltif olunub və xatirə şəkli çəkdirilib.
Ganja Şura
- 03-09-202614:53 Gəncədə 'sağlam Həyat Tərzinin Təşviqi' Layihəsinin Açiliş Tədbiri Keçirilib
- 02-09-202618:07 İcra Başçısı Növbəti Dəfə Səyyar Qəbul Keçirib
- 02-09-202615:24 Niyazi Bayramov Ali Məktəblərə Qəbul İmtahanlarında Yüksək Nəticə Göstərən Gəncə Şəhər Məktəblərinin Məzunları İlə Görüşüb
- 02-09-202612:56 Niyazi Bayramov Müxtəlif İdman Növləri Üzrə Yüksək Nəticələr Göstərən İdmançılarla Görüşüb
- 01-09-202610:09 Uşaq Hüquqlarının Müdafiəsi Üzrə Regional Təlim Keçirilib
- 31-08-202616:48 Niyazi Bayramov Aztv-nin Bölgə Müxbiri İlə Görüşüb
- 31-08-202612:03 Niyazi Bayramov Şəhid Övladları İlə Birgə 'kəpəz' – 'turan-tovuz' Oyununu İzləyib
- 31-08-202610:39 Gəncədə Türkiyənin 30 Avqust – Zəfər Bayramı Günü Münasibətilə Tədbir Keçirilib
- 27-08-202610:28 Niyazi Bayramov 'bakubus' Mmc-nin Gəncə Avtoparkına Yeni Təyin Olunmuş Rəhbəri İlə Görüşüb
- 26-08-202618:41 Niyazi Bayramov Növbəti Dəfə Vətəndaşlarla Səyyar Görüş Keçirib
Diğer Belediye Haberleri
- 03-09-202617:12 Balıkesir'in Kurtuluş Coşkusu Kültür Festivali İle Taçlanıyor
- 03-09-202617:10 Milli Judocumuz, Akdeniz Oyunları'nda Türkiye'nin Bronz Madalya Gururuna Ortak Oldu
- 03-09-202617:10 Hatay'ın Başarılı Gençleri Ödüllerini Başkan Öntürk'ten Aldı
- 03-09-202617:06 Eskişehir'in 'arabasız Pazar' Uygulaması Türkiye'ye Örnek Oldu
- 03-09-202617:02 Ankara Valisi Yakup Canbolat'tan Mamak'a Ziyaret
- 03-09-202616:59 Seğmenler Parkı'nda 6 Eylül'e Kadar Kültür Ve Sanat Var
- 03-09-202616:57 30 Ağustos Zafer Bayramı Kutlama Programı
- 03-09-202616:55 Denetimli Serbestlik Müdürü Arif Özyön Ve Ceza Ve Tevkifevleri Genel Müdürlüğü Kontrolörü Mahmut Timuçin Çolakçadan Belediye Başkanımız Engin Uzunere Ziyaret
- 03-09-202616:51 Zabıta Haftası'nda Mesai Arkadaşlarımızla Bir Araya Geldik
- 03-09-202616:51 Pazar Yerleri Denetim Altında

